17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 21-dən 26-a qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə 6 komanda 2 qrupda mübarizə aparacaq. Komandalar 2 qrupda yarışacaq.
A qrupu: Litva, Gürcüstan, Almaniya Region Yığması
B qrupu: Latviya, Azərbaycan, Belarus
21 avqust
15:30. Latviya – Azərbaycan
17:15. Açılış mərasimi
18:00. Gürcüstan – Litva
23 avqust
15:30. Belarus – Latviya
18:00. Litva – Almaniya Region Yığması
25 avqust
15:30. Azərbaycan – Belarus
18:00. Almaniya Region Yığması – Gürcüstan
26 avqust
11:00. A3 – B3
13:00. A2 – B2
15:00. Final
16:45. Bağlanış mərasimi
Qeyd: Oyunların başlanma saatı yerli vaxtla göstərilib.
