“Avro-2016″nın seçmə mərhələsində öz meydanında Slovakiyaya 1:3 hesabı ilə uduzan Belarus millisinin baş məşqçisi Georgi Kondratyev istefa verib.
Korner.az-ın məlumatına əsasən 54 yaşlı məşqçi rəhbərliklə görüşərək komandadan ayrılmaq istədiyini deyib.
Federasiya rəhbərliyi onun istəyini nəzərə alaraq müqaviləni ləvğ edib.
