Belarus çempionatı təxirə salındı
16.04.2020 , 18:03

Qadın futbolçular arasında Belarus çempionatının startı təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyaları Assosiasiyası (ABFF) qərar qəbul edib.
2020-ci il mövsümünün ilk turu 16-18 apreldə keçirilməli idi. Lakin matçlar yeni bildirişədək təxirə salınıb.
Səbəb kimi daha əvvəl turnirlərin birində iştirak etmiş bəzi oyunçuların mümkün koronavirus daşıyıcıları ilə təmasda olmaları göstərilib.
