Belarus – Azərbaycan oyununun yeri məlum oldu
28.04.2022 , 16:13

UEFA Millətlər Liqasının qrup mərhələsində iyunun 6-da Azərbaycan millisinin səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma oyunu Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
UEFA Ukraynadakı müharibəyə qarışdığı üçün Belarus qarşısında ev oyunlarını ölkə xaricində keçirmək tələbi qoyub.
