Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-16&&dateTo=2019-09-17): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Futbol

“Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır” – Sənan Qurbanov

11.07.2019 , 15:33

“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. O, bu gün Türkiyənin Bolu şəhərində Ukrayna “Vorskla”sına 1:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib:

“Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar”.

S. Qurbanov iyulun 17-dəki son yoxlama matçında tam heyətlə oynamağa çalışacaqlarını deyib: “Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”

Son yazılar

Yuxarı