“Belə məğlubiyyət istəməzdik, ancaq…”
21.11.2020 , 21:23

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda “Qarabağ”la sfər oyunu barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
“İlk növbədə “Qarabağ”ı Ağdamın azad olunması münasibətilə təbrik edirəm. Millidən qayıdan oyunçularımız vardı, bəziləri çox yorulmuşdu. Heyətimiz geniş olsaydı, onlara istirahət vermək olardı. “Qarabağ” buraxılan səhvləri bağışlamamağa görə çempionatda digər komandalardan fərqlənir. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq. Belə məğlubiyyət istəməzdik, ancaq təslim olmaq da olmaz. Zədəlilərimiz də çoxalır. Qışadək maksimum xal toplamalıyıq. Bu məğlubiyyəti unudub, “Qəbələ”ylə matça hazırlaşacağıq”.
