Topaz Premyer Liqasının VII turunda “Səbail” “Sumqayıt”I qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov oyun haqda fikirlərini bildirib.
“Bu qələbə bizim üçün vacib idi. Bir az özümüz öz üzərimizdə təzyiq yaratmışdıq. Bunu tez zamanda atmalı idik. Bu gün qalib gəldik və fasiləyə rahat gedə bilərik. Qalibiyyətdən sonra məşqlərdə də ab-hava yaxşı olur. Həm müdafiədə həm də hgücumda oyunumuz yaxşı alınırdı. Belə getsə, biz yaxşı yerlərə gedib çıxa bilərik”
