“Real”ın yarımmüdafiəçisi Qaret Beyl Kriştiano Ronaldonun komandadan ayrılacağı yönündə çıxan söz-söhbətlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, portuqaliyalının “Mançester Yunayted”ə qayıtmağın əleyhinə olmadığı yönündə informasiyalar yenidən yayılıb:
“Əlbəttə ki, Kriştiano Ronaldonun İngiltərəyə getməsini istəmirəm. Dünya səviyyəsində futbolçu olduğunu sübut edib. Hər mövsüm çoxlu qollar vurur. Təbii ki, belə bir oyunçunu itirmək istəməzdik. Qalmağını istəyirəm”.
