“Bavariya”nın fəxri prezidenti Frans Bekkenbauer Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Portu”ya məğlubiyyəti (1:3) şərh edib.
Korner.az-ın məlumatına görə, “Qızıl top”un ikiqat sahibi komandasının çox pis oynadığını deyib.
Bekkenbauerin tənqid hədəfində xüsusilə Dante olub: “Futbolçularımızın heç biri normal oynamadı. Qapıçı və müdafiəçilər birlikdə “çalışdılar” ki, bu nəticə ortaya çıxsın. Danteyə gəlincə, Şimal qütbündən olsaydı, deyərdim ki, əşi, hələ xizəklərini çıxarmayıb. O, topu necə saxlaya bilmədi – hələ də anlaya bilmirəm”, – deyə fəxri prezident bildirib.
