Məşhur “Forbes” jurnalı karyeralarını bitirdikdən sonra ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıya bütün idman növləri ilə məşğul olan keçmiş idmançılar daxil edilib.
Siyahıya NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordan başçılıq edir. Onun 2015-ci ildəki qazancı 110 milyon dollar olub.
Amerikalı basketbolçunu ingilis keçmiş futbolçu Devid Bekhem izləyir. “Space boy” ötən ili 65 milyon dollar mənfəətlə başa vurub.
