Madrid “Real”ının əfsanəvi futbolçusu Devid Bekhemə yeni iş təklifi gəlib.
Korner.az-ın məlumatına görə, İngiltərə yığmasının sabiq futbolçusu “Real”ın səfiri ola bilər.
Bekhem Madrid klubunun maraqlarını müxtəlif ölkələrdə təmsil etməlidi.
Kral klubunun prezidenti Flarentino Perez Bekhemi bu vəzifəni icra etmək üçün komandaya dəvət edib. 41 yaşlı ingilis təklifə hansı qərarı verəcəyi maraqla gözlənilir. Britaniya nəşrlərini yazdığına görə, keçmiş klubunda səfir olmaq Devidin özünə də maraqlıdı.
Devid Bekhem Madrid “Real”ında 2003-2007-ci illərdə top qovub və bu müdddət ərzində 116 oyunda cəmi 13 dəfə fərqlənib.
