Bayramovun cəzası azaldıldı
28.04.2023 , 17:56
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un qapıçısı Kamal Bayramovla bağlı müraciətin nəticəsini açıqlayıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Turan Tovuz” Peşəkar Futbol Klubunun qapıçısı Kamal Bayramov barəsində qəbul edilmiş İntizam Komitəsinin qərarının 3 oyun oyunlardan kənarlaşdırılmasına dair sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb və buna görə 6 ay sınaq müddəti təyin olunub.
Sınaq dövründə oyunçu qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsinin avtomatik olaraq bərpa olunacağı və yeni sanksiyanın əvvəlki sanksiyaya tam şəkildə əlavə olunacağı maraqlı tərəflərin nəzərinə çatdırılıb.