Bayramov qələbəni əldən verdi
19.09.2023 , 12:31

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Olimpiya lisenziyası uğrunda görüşə çıxıb.
Korner.az xəbər verir ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qarşılaşmada Yunanıstan təmsilçisi Georgios Kougioumtsidislə üz-üzə gəlib.
Bayramov rəqibinə uduzub və olimpiadaya lisenziya əldə edə bilməyib.
