Bayılda bərbad göstərici
17.12.2019 , 12:49

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan azarkeş sayı bəlli olub.
Korner.az-ın məlumatına görə, 4 oyunda ümumi olaraq 1750 tamaşaçı qeydə alınıb.
Ən yüksək göstərici “Neftçi”nin öz meydanında “Sumqayıt”a uduzduğu (0:1) görüşdə qeydə alınıb. Bu oyunu da cəmi 550 nəfər izləyib.
Sırlama aşağıdakı kimidi:
“Neftçi” – “Sumqayıt” – 550 tamaşaçı
“Qarabağ” – “Keşlə” – 500 tamaşaçı
“Qəbələ” – “Sabah” – 400 tamaşçı
“Səbail” – “Zirə” – 300 tamaşaçı
