Topaz Premyer Liqasının VI turu çərçivəsində bu dəqiqələrdə keçirilən "Rəvan" – "Qarabağ" oyununda insident yaşanıb.
Korner.az-ın məlumatına görə, qonaq komandanın fanatlarının baraban çalması tribunadakı bir azarkeşi əsəbiləşdirib.
Nəticədə o, barabanı fanatın əlindən almaq istəyib. Bu zaman "Qarabağ" fanatları onun üstünə hücum çəkiblər. Polislərin araya girməsiylə hadisənin böyüməsinə imkan verilməyib.
Qeyd edək ki, baraban səsindən narahat olan şəxs polislər tərəfindən stadiondan çıxarılıb. Onun içkili olduğu deyilir.
