Çempionlar
Liqasının son qalibi Almaniyanın “Bayern”
(Münhen” klubunun gənc futbolçusu Toni Kroosa İngiltərə nəhəngindən təklif
gəlib.
Korner.az-ın məlumatına görə, oyunçunun “Mançester Yunayted”ə transferi ilə
bağlı məlumatlar yayılıb. Almaniya təmsilçisi ilə müqaviləsi gələn il başa
çatacaq Kroosun ən yaxın izləyicisi kimi “Mançester Yunayted” göstərilib. Kroos
mətbuata açıqlamasında bunlar dilə gətirib:“Hələ ki heç bir qərar verməmişəm.
Ancaq Premyer Liqada oynamağım daha real görünür”.
“Bayern”in baş məşqçisi Qvardiola isə Kroosun klubda qalmasını istədiyini
bildirib.
