Bakının AZAL klubu heyətinə yeni hollandiyalı hücumçunu cəlb edib.
Korner.az-ın məlumatına görə, dünən Boy Deul adlı futbolçu “Təyyarəçilər”ə
qoşulub.
26 yaşılı futbolçunun son klubu Belçikanın
“Antverpen” klubu olub.
Futbolçu özünü göstərə biləcəyi təqdirdə, onunla bir il yarımlıq müqavilə
imzalanacaq.
Qeyd edək ki, Deul “Antverpen”ə qədər Hollandiyanın
“Volendam”, “Villem II”, “Vendam” və Almaniyanın “Bavariya”
(ikinci komandası) kimi klublarında çıxış edib.