“Bayern” üçün ciddi itki – “Liverpul” ilə görüşü buraxacaq
08.03.2019 , 14:38

“Bayern” klubunun hollandiyalı futbolçusu Aryen Robben zədələnib.
35 yaşlı futbolçu məşq zamanı baldırından zədə alıb. Robbenin zədəsi ciddi olmasa da, onun Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” klubuna qarşı görüşdə meydana çıxmayacağı dəqiqdir.
Qeyd edək ki, Aryen Robben cari mövsümün sonu klubu tərk edəcək.
