“Bayer”in transfer hədəfi
29.05.2024 , 23:05

“Bayer Leverkuzen” növbəti mövsümdə ilk transferini etməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Almaniya komandası La Liqanın flaş komandası “Jirona”da çıxış edən Aleix Qarsiyanı heyətinə qatmaq istəyir.
Xəbərdə, Xabi Alonsonun 26 yaşlı yarımmüdafiəçiyə zəng edərək futbolçunu transferə razı saldığı bildirilib.
“Jirona”da əlamətdar mövsüm keçirən Qarsiyanın transferə çox can atdığı vurğulanıb.
“Bayer Leverkuzen”in transferi qısa zamanda başa çatdırmağı hədəflədiyi bildirilib.
