“Bayer”in gənc ulduzu “Bavariya” ilə oyunu buraxacaq
10.03.2025 , 18:53

“Bayer”in yarımmüdafiəçisi Florian Virtz zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya qarşı keçiriləcək cavab oyununu (ilk matç – 0:3) buraxacaq.
Onun hələlik bərpa müddəti açıqlanmayıb.
