“Bayer”in futbolçusu üçün mövsüm erkən bitdi
21.01.2025 , 15:40

“Bayer” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisinin futbolçusu Marten Terye sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger Bundesliqanın 18-ci turunun Münhenqladbax “Borussiya”sı ilə matçında (3:1) ağır zədələnib.
27 yaşlı oyunçu mövsümün sonuna qədər yaşıl meydanlardan kənar qalacaq.
