“Bayer”in futbolçusu “Milan”a keçir
17.06.2025 , 14:56

“Bayer”in futbolçusu Qranit Caka “Milan”a keçmə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Bundan başqa, razılıq əldə olunarsa, 32 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
İsveçrə millisinin oyunçusu 2023-cü ildən Leverkuzen təmsilçisində forma geyinir.
