“Bayer”in futbolçusu İtaliya yolunda
23.06.2025 , 14:55

“Bayer”in futbolçusu Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, yarımmüdafiəçinin “Milan”a keçəcəyi iddia olunur.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
“Milan” yaxın günlərdə Leverkuzen təmsilçisinə rəsmi təklif göndərəcək.
32 yaşlı oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir.
