“Bayer”dən yeni transfer
05.04.2023 , 17:03

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ameriko Mineyro”dan Arturu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.
