“Bayer”dən yeni transfer – Rəsmi
08.06.2024 , 11:40

“Bayer” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Renn”dən Janyuel Belosyanı transfer edib.
Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Bundesliqa klubu bu keçid üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyib.
Oyunçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalandığı diqqətə çatdırılıb.
