“Bayer”dən yeni transfer – Rəsmi
03.01.2025 , 11:37
Almaniyanın “Bayer” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, son Bundesliqa çempionu “Veles Sarsfild”dən Alexo Sarkonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bayer” Argentina U-20 milliinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.