“Bayer”dən yeni transfer
26.06.2024 , 19:28

“Bayer” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Barselona”nın U-18 komandasının futbolçusu Andrea Natalini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
16 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
