“Bayer”dən “Real”a?
01.04.2025 , 10:55

“Bayer”in müdafiəçisi Pyero İnkapye karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Real”ın maraqlı olduğu iddia olunur.
La Liqa nəhəngi yayda 23 yaşlı oyunçunu transfer edəcək.
İnkapye ilə bir neçə klub maraqlansa da, o, Madrid nəhənginə keçməyə müsbət baxır.
O, 2021-ci ildən Leverkuzen təmsilçisində forma geyinir.
