“Bayer”dən “Barselona”ya?
26.12.2024 , 21:17
“Bayer”in müdafiəçisi Conatan Ta klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
28 yaşlı futbolçunun xidmətində “Barselona” maraqlıdır.
Kataloniya təmsikçisi almaniyalı oyunçunun keçidini tez bir zamanda həll etməyə çalışacaq.
La Liqa klubu Ta ilə 2030-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.