“Bayer”dən ayrılır – Yeni klubu məlumdur
11.06.2025 , 12:55

“Liverpul” Florian Virtz üçün “Bayer”lə razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London nəhəngi Virtz üçün Leverkuzen təmsilçisinə 150 milyon avro ödəyəcək.
Qısa zamanda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
O, Bundesliqa təmsilçisinin heyətində 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
