“Bayer”dən ayrılıb, Türkiyəyə gəlir
16.04.2025 , 23:00

“Bayer”in yarımmüdafiəçisi Qranit Caka “Qalatasaray”ın transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin isveçrəli futbolçu üçün hərəkətə keçəcəyi bildirilib.
Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.
32 yaşlı oyunçu mövsümün sonunda qərarını verəcək.
