“Bayer” gənc futbolçu ilə razılığa gəldi
11.06.2025 , 17:30

“Bayer” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Söhbət “Haken”in müdafiəçisi Abdulaye Fayedən gedir.
Leverkuzen təmsilçisi 20 yaşlı oyunçu ilə razılığa gəlib.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
