“Bayer”də baş məşqçi dəyişikliyi
23.12.2018 , 16:07

Almaniyanın “Bayer” klubu baş məşqçisi Heyko Herliklə yolları ayırıb.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Artıq komandanın yeni baş məşqçinin adı da açıqlanıb. Leverkuzen təmsilçisini Peter Boş çalışdıracaq. 55 yaşlı məşqçi ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. Hollandiyalı mütəxəssis son olaraq Dortmund “Borussiya”sında işləyib.
Qeyd edək ki, “Bayer” Bundesliqada 17 turdan sonra 24 xalla 9-cu pillədə qərarlaşıb.
