“Bayer” yeni oyunçu ilə gücləndi
30.01.2025 , 10:55

“Bayer” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Aston Villa”dan Emiliano Buendiyanı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumameyilli yarımmüdafiəçi mövsümün ikinci yarısının sonuna kimi Bundesliqa nəhənginin heyətində icarə əsasında çıxış edəcək.
“Bayer” 20 milyon avro ödəməklə 28 yaşlı oyunçunu birdəfəlik transfer edə də bilər.
