“Bayer” yarımmüdafiəçi transfer edir
30.06.2025 , 14:30

PSV-nin yarımmüdafiəçisi Malik Tilman “Bayer”ə keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında şifahi razılığın əldə olunduğu bildirilib.
Leverkuzen təmsilçisi 23 yaşlı futbolçu üçün qarşı tərəfə 35-40 milyon avro ödəməyə hazırdır.
