“Roma” və “Sevilya” finalda!
19.05.2023 , 01:39
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az xəbər verir ki, “Roma” Almaniyada “Bayer”in qonağı olub. Görüşdə hesab açılmasa da, ilk oyunda “Roma” qalib gəldiyi (1:0) üçün finala vəsiqə qazanıb.
Gecənin digər oyunu İspaniyada baş tutub. “Sevilya” burada “Yuventus”u qəbul edib. Oyunun əsas vaxtı 1:1 bitdiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda “Sevilya” 2:1 hesablı qalib gələrək finala adını yazdıra bilib.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunlar
18 may
23:00 Bayer (Almaniya) – Roma (İtaliya) – 0:0
İlk oyun – 0:1
23:00 Sevilya (İspaniya) – Yuventus (İtaliya) – 2:1
İlk oyun – 1:1.