“Bayer” – “Qarabağ” matçının biletləri satışda
11.03.2024 , 22:54

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) – “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb.
Korner.az xəbər verir ki, iticket.az saytı vasitəsilə satışa çıxarılan biletlərin qitməti 31 manatdır.
Martın 14-də “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.
Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.
Matç martın 14-də baş tutacaq. Bu komandalar arasında keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı.
