“Bayer” qapısını ona etibar etdi
27.01.2026 , 14:30
“Bayer” qapıçı mövqeyində dəyişiklik edib.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisi Münhenqladbax “Borussiya”sının isveçrəli qolkiper Jonas Omlinlə mövsümün sonuna qədər icarə müqaviləsi imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı qapıçı cari mövsümdə hələ meydana çıxmayıb.