Almaniya Bundesliqasında mübarizə aparan “Bayer Leverkuzen” baş məşqçisi Roqer Şmidt ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, rəhbərliyin bu qərarına dünən “Borussiya”ya (Dormunt) 6-2 hesablı məğlubiyyətin də təsir etdiyi bildirilir.
Xatırladaq ki, alman klubu bu mövsüm Bundesliqada 30 xalla 9-cu sıradadır.
