Almaniya Bundesliqasında mübarizə aparan “Bayer Leverkuzen” Belçikanın “Genk” klubundan Leon Bayleyi transfer edib.
Korner.az-ın məlumatına görə, alman klubu transfer üçün 12 milyon avro ödəyəcək.
19 yaşlı futbolçu yeni klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb.
Leon “Bayer Leverkuzen”də 9 nömrəli forma ilə çıxış edəcək.
