“Bayer” futbolçusuna qiymət qoydu
03.10.2024 , 23:45

“Bayer” Florian Virtsa qiymət qoyub.
Korner.az xəbər verir ki, Almaniya klubu gənc futbolçunun transfer qiymətini 150 milyon avro olaraq müəyyənləşdirib.
Bu barədə “Bild” məlumat yayıb.
Leverkuzen təmsilçisi onu 150 milyon avroya satarsa, klub rekordunu qıracaq.
Əvvəlki rekord 80 milyon avroluq transfer haqqı ilə “Çelsi”yə keçən Kay Havertsə məxsusdur.
21 yaşlı müdafiəçi Leverkuzen təmsilçisində 189 matçda 61 qol vurub və 57 məhsuldar ötürmə edib.
