“Bayer” Bakıda məşq etməyəcək
06.11.2023 , 19:15

“Bayer” “Qarabağ”la oyunla bağlı UEFA-ya müraciət edib.
Korner.az xəbər verir ki, qərara görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.
Almaniya təmsilçisi noyabrın 8-də Bakıya gələcək.
Bundan əlavə, Xabi Alonsonun Bakıda mətbuat konfransı baş tutmayacaq.
