“Baxırsanki, futbolçu müsahibə verir, nəsə lazımsız söz işlədir və buna görə başı ağrayır”.
Korner.az-a açıqlamasında bu fikirləri “Rəvan”ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev futbolçulara klubun qoyduğu qadağayla bağlı danışarkən səsləndirib.
Qeyd edək ki, “Rəvan” klubunun rəhbərliyi futbolçulara mətbuatla ünsiyyəti qadağan edib. Buna səbəb kimi isə oyunçuların bütün diqqətlərinin oyuna yönəltməsi göstərilib.
