“Səs verənlərə təşəkkürümü bildirirəm. Məhz onların sayəsində qalib oldum. Düzdür, vurduğum qol da baxımlı alınmışdı Amma yekun nəticəni məhz toplanılan səs faizi müəyyənləşdirdi. İnşallah belə sevinc bütün futbolçularımıza qismət olar. Əslində futbolda əsas qol vurmaqdır. Çünki qolun pisi, yaxşısı olmur. Sadəcə, baxımlı qol olanda adama daha ləzzət edir. Həm də yaddaşlarda uzun müddət qalır”.
Korner.az-ın məlumatına görə, bu sözləri aprel ayının ən gözəl qolunun müəllifi olan “Rəvan”nı futbolçusu Tofiq Mikayılov klubun saytına fikirlərini bölüşəkdən deyib.
Mikayılov vurdöu qolu qardaşının yeni dünyaya gələn iki əkiz uşağına həsr etdiyin bildirib: “Bu qolu məhz onlara həsr edirəm. İnşallah, may ayında da komanda yoldaşım Ramazan Abassov qalib gələr. Bundan sonra komandanın bütün üzvləri ilə bunu yaxşıca qeyd edərik”.