Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın futbolçusu Robert Levandovski zədələnib.
Korner.az-ın məlumatına görə, məşqdə arxa əzələsindən zədələnən oyunçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, polşalı hücumçu bu mövsüm Bundesliqada 24 qol vurub və 5 məhsuldar ötürmə edib.
