“Bavariya”nin yeni prezidenti məlum olub.
Korner.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun keçmiş maliyyə direktoru Karl Hopfner yeni prezident seçilib.
Qeyd edək ki, Münhen təmsilçisinin sabiq prezidenti Uli Heness 27.2 milyon avronu vergidən gizlətdiyi üçün barəsində 3 il 6 aylıq həbs cəzası verilib. Bundan sonra o, bu gün “Bavariya”da prezidentlikdən getdiyini açıqlayıb.
