“Bavariya”nın yeni baş məşqçisi məlum oldu
27.04.2021 , 19:26

“Bavariya”nı növbəti mövsümdən Yulian Naqelsman çalışdıracaq.
Korner.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı mütəxəssisin “Bavariya” ilə müqaviləsi isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, hazırda “Bavariya”nı Hansi Flik çalışdırır.
