“Bavariya”nın əsas futbolçularından biri olan Van Buyten karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu Almaniya, Fransa və “Anderlext”dən də təklif almasına baxmayaraq futbolla vidalaşıb. FİFA-nın rəsmi saytına bu barədə açıqlama verən Van Buyten:
“Yeni bir müqaviləyə imza atsam, yaxşı futbol oynaya bilməyəcəm. Vücudum mənə bunun mümkün olmadığın deyir. “Anderlext” kimi böyük klubla imza bağlayıb onları çətin vəziyyətə qoymaq istəmirəm”, – fikirlərini səsləniridib.
Bir neçə ay öncə Braziliyada keçirilən dünya çempionatına çox güclü hazırlaşdığına rəğmən çətinlik çəkdiyi xatırladan Van Buyten bu qərarı əminliklə verib.
