Mərakeşdə keçirilən klublararası dünya çempionatında finalçılar müəyyənləşib.
Korner.az-ın məlumatına görə, ikinci yarımfinal matçında yerli “Raca Kasablanka” komandası Braziliyanın “Atletiko Mineyro” klubu ilə qarşılaşıb. Görüş birincilərin gözlənilməz qələbəsi ilə başa çatıb – 3:1
Bununla da turnirin növbəti finalçısının da adı məlum olub.
Qeyd edək ki, dekabrın 21-də keçiriləcək həlledici görüşdə “Raca Kasablanka” yarımfinalda Çinin “Quançjou” komandasını məğlub edən “Bavariya” ilə qarşılaşacaq.
