“Bavariya”nın qapıçısından İsrailə dəstək (FOTO)
09.10.2023 , 10:30

“Bavariya”nın və İsrail millisinin qapıçısı Daniel Peres HƏMAS terror qruplaşmasının genişmiqyaslı hücumuna məruz qalan soydaşlarına dəstək ifadə edib.
Korner.az xarici mediaya istinadən xəbər verir ki, Peres sosial şəbəkə hesabında ivrit dilində bunları yazıb: “Ürəyim bütün insanların yanındadır. Güclü olun və özünüzü qoruyun. Biz bunun öhdəsindən gələcəyik”.
Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi qızışıb. Bundan əvvəl İsraildə bütün idman tədbirləri ləğv edilmişdi. Bir neçə futbol klubu – “Makkabi Hayfa”, “Beytar Yərusəlim”, “Hapoel Bir Şeva”, “Hapoel Təl Əviv” və “Makkabi Təl Əviv” istəyəcəkləri təqdirdə oyunçularının ölkədən çıxmasına icazə verəcəyini bəyan edib. Baş vermiş toqquşma səbəbindən İsraildə hərbi vəziyyət elan edilib.
Qeyd edək ki, 23 yaşlı Peresin ikili vətəndaşlığı var. O, həm İsrail, həm də Almaniya vətəndaşlığına sahibdir.
